Bu ölkədə 5,9 maqnitudalı zəlzələ oldu
Bu gün Çilinin şimal-şərqində, Boliviya ilə sərhəd yaxınlığında 5,9 maqnitudalı zəlzələ olub.
APA-nın xəbərinə görə, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.
Yerli vaxtla saat 10.40 radələrində baş verən zəlzələnin ocağı 150 min nəfərin yaşadığı Kalama şəhərindən 73 km şimal-şərqdə, 112,4 km dərinlikdə yerləşib.
Dağıntı və tələfat barədə məlumat daxil olmayıb.
862