Bu kriptovalyutanın yaradıcıları ABŞ-da saxlanıldı
“OneCoin” kriptovalyutasının yaradıcılarından biri olan bolqarıstanlı Konstantin İqnatov ABŞ-da saxlanılıb.
ONA-nın məlumatına görə, bu barədə ABŞ Ədliyyə Nazirliyinin saytında məlumat yerləşdirilib.
Martın 6-da Los-Ancels hava limanında saxlanılan K. İqnatov dələduzluqda ittiham olunur. Nyu-York Cənub Dairəsinin Prokurorluğu K. İqnatovu “OneCoin” adlı kriptovalyutanın dələduzluq yolu ilə satışı ilə bağlı qurulan beynəlxalq piramidaya liderlik etməkdə günahlandırır.
K. İqnatovla bərabər bacısı Ruja İqnatova da saxlanılıb. R. İqnatova “OneCoin” şirkətinin yaradıcısı və ilk rəhbəridir. O, elektron dələduzluq və çirkli pulların yuyulmasında günahlandırılır.
783