Bu gün BMT Baş Assambleyasının 74-cü sessiyası öz işinə başlayır
Sentyabrın 17-də BMT Baş Assambleyasının növbəti, 74-cü sessiyası Nyu York vaxtı ilə 15:00-da öz işinə başlayır.
APA-nın TASS-a istinadən verdiyi məlumata görə, sessiyada qlobal problemlərin bütün spektrini əhatələyən - kəskin regional münaqişələrdən tutmuş dövrümüzün əsas iqtisadi, ekoloji və humanitar problemlərini özündə əks etdirən 170-dən çox məsələ müzakirə ediləcək.
Səmimi salamlama nitqini əvvəllər Nigeriyanın BMT-dəki daimi nümayəndəsi vəzifəsini icra edən Tijani Muhammad-Bande edəcək.
O, əvvəlki sələfi - ekvadorlu Maria Fernanda Espinosanı əvəzləyəcək.
Sessiyada həmçinin ölkə nümayəndə heyətlərinin akkreditasiyası ilə məşğul olan etimadnamə komitəsinin üzvləri təyin ediləcək.
Qeyd edək ki, Baş Assambleyanın rəhbəri vəzifəsinə yeganə namizəd olan Məhəmməd-Bande əvvəllər hərbi konfliktlər zamanı bütün səylərini terrorizm, aclıq, yoxsulluq, gender bərabərsizliyi və zorakılığa qarşı mübarizəyə yönəltmək niyyətində olduğunu vurğulayıb. O, həmçinin iqlim dəyişikliyinin qarşısının alınması və təhsil proqramlarına diqqət yetirəcəyinə söz verib.
602