Yeni “Karma Revero” hibrid sportkarında dam əvəzinə günəş batareyaları olacaq. Lent.az buro247.az-a istinadən xəbər verir ki, günəş batareyaları avtomobilin hərəkəti üçün kifayət qədər enerji verir. “Karma Revero”nun daha bir xüsusiyyəti öndən və arxadan avtoistehsalçının loqotipinin əl ilə çəkilmiş nişanları olacaq. Yeni model eksklüziv avtomobil olaraq təqdim edilir. Avtomobil yenilənmiş multimedia sistemi ilə təchiz olunub. “Karma Revero”nun rəsmi debütü sentyabrın 8-də Kaliforniyada Laquna-Biçdə baş tutacaq.
Qeyd edək ki, “Karma Automotive” şirkəti Wanxiang Çin konserni tərəfindən alınmış “Fisker Automotive”dir. Şirkət ildə 3 minə yaxın hibrid maşın buraxmağı planlaşdırır.