<span style="color:red;">Avropa HƏYƏCANDA:  bütün dövlətlər qeyri-rəsmi fövqəladə vəziyyət elan etdi - <span style="color:red;">YENİLƏNİB
22 mart 2016 15:48 (UTC +04:00)

Avropa HƏYƏCANDA: bütün dövlətlər qeyri-rəsmi fövqəladə vəziyyət elan etdi - YENİLƏNİB

 

Belçikanın paytaxtı Brüsseldə əvvəlcə hava limanında, sonra metrostansiyalarda yaşanan terror hadisələrindən sonra bütün Avropa dövlətləri demək olar ki, fövqəladə vəziyyətə keçib.

Lent.az-ın xarici mətbuata istinadən məlumatına görə,  bir çox hava limanlarında təhlükəsizlik tədbirləri gücləndirilib.

 

Almaniya

 

Almaniyanın ən böyük hava limanı olan Frankfurt hava limanında təhlükəsizliyin gücləndirildiyi, limanda polislərin sayının artırıldığı, Berlin-Tegel hava limanında ziyarətçi foyesinin bağlandığı, burada da polislərin gücləndirilmiş iş rejiminə keçdiyi və Berlindən Brüsselə bütün uçuşların təxirə salındığı bildirilir.

 

İngiltərə

 

İngiltərə baş naziri David Cameron da Brüsseldəki hadisədən sonra nazirliklərin və təhlükəsizlik nümayəndələrinin təcili görüşünü keçirib. Həmçinin London və Brüssel arasında uçuş və sürətli qatar səfərlərinin dayandırıldığı açıqlanıb.

 

Hollandiya

 

Hollandiya baş naziri Mark Rutte isə  bütün təhlükəsizlik tədbirlərinin görülməsi ilə bağlı tapşırıqlar verildiyini və hava limanlarında təhlükəsizliyin gücləndirildiyini açıqlayıb.

 

Fransa

 

Fransada da partlayışdan sonra təhlükəsizlik yüksək səviyyəyə qaldırılıb. Polis qaynaqlarından əldə edilən məlumata görə, Parisi Brüssel və digər bəzi Avropa ölkələrinə bağlayan  “Şimali Qarı”nda şübhəli paket tapılmasının ardından bura bağlanıb. Prezident sarayında əlavə təhlükəsizlik tədbirlərinin görülməsi ilə bağlı iclas keçirilib.

 

İtaliya

 

İtaliya daxili işlər naziri Angelino Alfano bildirib ki,  Brüsseldəki hücumların ardından İtaliya ərazisindəki təhlükəsizlik səviyyəsini gözdən keçirmək üçün Təhlükəsizlik Xidməti nümayəndələrinin iclası keçiriləcək. Başda Roma Flumicino hava limanı olmaqla ölkədəki böyük və mühüm hava limanları və terminallarında təhlükəsizlik tədbirləri gücləndirilib.

 

İsveç

 

İsveçdə də vəziyyət eynidir. Stokholm polis nümayəndəsi hadisədən sonra Lars Byström Arlanda və Bromma hava limanlarında polis sayını artırdıqlarını, müəyyən yerlərdə nəzarəti gücləndirdiklərini açıqlayıb.

 

Norveç

 

Norveç Soto polisi lazımi tədbirlərin görüldüyünü və vəziyyətin həmişə dəyərləndirildiyini ifadə edib.

 

Danimarka

 

Kopenhagen polisi hava limanları və strateji yerlərdə polis sayının artırıldığını, təhlükəsizlik baxımından ən yüksək səviyyədə gücləndirilmiş iş rejiminə keçildiyini bildirib.

 

**

13:20

Belçikanın paytaxtı Brüsseldə bütün məktəb, bağça və metro stansiyaları bağlanıb.

 

Lent.az-ın TASS.ru-a istinadən məlumatına görə, Brüsseldə baş verən terror aktlarının ardınca ölkədə təhlükəsizlik tədbirləri ən yüksək səviyyəyə - 4-cü dərəcəyə qaldırılıb. Avropa İttifaqı Komissiyası əməkdaşlarına olduqları yerlərdə qalmaları barədə xəbərdarlıq edib. Belçikanın Krisiz Komitəsi də əhaliyə evlərində və ya otellərində qalmalarını tövsiyə edib və çölə çıxmamalarını bildirib. 

 

Qeyd edək ki, bu gün səhər saatlarında Brüssel hava limanında iki dəfə partlayış olub.  Hadisənin kamikadze tərəfindən törədildiyi də rəsmi təsdiqlənib. Partlayış zamanı 17 nəfər ölüb, 30-dan çox yaralı var.

 

Daha sonra şəhərin Malbek metro stansiyasında da partlayış qeydə alınıb. Hadisə zamanı 10 nəfərin öldüyü deyilir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 683
avatar

Oxşar yazılar