Britaniyalı tərəfindən 2 il bundan öncə 15 funt sterlinqə alınmış, qapağı itmiş çini çaydan auksionda 575 min funt sterlinqə satılıb.
Lent.az-ın “musavat.com”a istinadən xəbərinə görə, “Woolley & Wallis” auksion evi tərəfindən satışı təşkil olunan çaydan ekspertlərin təxminindən 23 dəfə baha qiymətə satılıb. Son olaraq qiymət artımını londonlu diller Roderik Celliko edib. O, Nyu-Yorkun metropoliten muzeyinin maraqlarını təmsil edib. Bu ajiotajın səbəbi çaydanın XVIII əsrdə Amerikanın ilk çini qab fabrikində hazırlanmasıdır. Bu fabrikin istehsalı olan 7 qab aşkara çıxarılıb və müxtəlif muzeylərdə, kolleksiyaçılarda saxlanılır.
2016-cı ildə britaniyalı antikvar həvəskarı bu çaydanı onlayn auksionda cəmi 15 funt sterlinqə satın alıb. Həmin vaxt onun heç ağlına da gəlmirdi ki, bu çaydanın gerçək dəyəri olduqca yüksəkdir.