Britaniyada Dərman Vəsaitləri və Tibb Məhsulları Dövlət Agentliyi (MHRA) çətənənin müalicəvi xüsusiyyətlərə malik olduğunu müəyyən edib.
Bu barədə Lent.az Britaniyanın “The Independent” nəşrinə istinadən xəbər verir. Nəşr “rəsmi etirafın” ölkədə çətənənin leqallaşdırılmasını sürətləndirəcəyini istisna etməyib.
Məlumata görə, Agentlik çətənənin tərkibindəki kannabidiolun insanın fizioloji funksiyalarına bərpaedici və tənzimləyici təsirə malik olduğunu müəyyən edib.
Qeyd edək ki, ötən il marixuananın leqallaşdırılmasına dair petisiya Britaniya hökumətinə təqdim olunmuşdu. DİN həmin təklifi sərt şəkildə rədd etmişdi.