[b]Britaniyada məhbuslar üsyan qaldırdı [/b]
23 dekabr 2016 00:59 (UTC +04:00)

[b]Britaniyada məhbuslar üsyan qaldırdı [/b]

0

Böyük Britaniyanın Kent qraflığında 50-dək məhbus üsyan qaldıraraq həbsxana korpusunu ələ keçiriblər. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, insident Şeşi adasındakı  “Swaleside” həbsxanasında baş verib. “Sky News”-ün məlumata görə, hazırda iğtişaşlar davam edir.    

 

İnsident nəticəsində xəsarət alanların olub-olmadığı barədə xəbər verilmir.

 

Qeyd edək ki, dekabrın 16-da Birmingem qraflığındakı həbsxanalardan birində saxlanılma şəraitindən narazı olan 600-dək məhbus üsyan qaldırıb.   Həbsxanaya tam nəzarət 12 saatdan sonra bərpa edilib.   

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 372

Oxşar yazılar