Böyük Britaniyanın sabiq Baş naziri ABŞ-da işə başladı
Böyük Britaniyanın sabiq Baş Naziri Devid Kemeron ABŞ-ın süni intellekt firması olan Afiniti-də məsləhətçi heyətin sədri olaraq işə başlayıb.
Lent.az AZƏRTAC-a istinadən bildirir ki, şrkət 2015-ci ildə Vaşinqtonda yaradılıb.
Mühafizəkarlar Partiyasının keçmiş lideri dünya bazarında fəaliyyətini genişləndirən şirkətə mühüm məsələlərlə bağlı məsləhətlər verəcək.
Qeyd edək ki, Kemeron 2016-cı ildə keçirilmiş referendumdan sonra vəzifəsindən istefa verib.
797