BMT TŞ Suriyaya dair daha bir qətnamə qəbul etmədi
11 aprel 2018 03:59 (UTC +04:00)

BMT TŞ Suriyaya dair daha bir qətnamə qəbul etmədi

0

BMT Təhlükəsizlik Şurası Suriyaya dair İsveçin kompromisli qətnamə layihəsini qəbul etməyib. APA-nın “Kommersant”a istinadən verdiyi xəbərə görə, Kimyəvi Silahların Qadağan Edilməsi Təşkilatının  (KSQT) mütəxəssislərinin Suriyanın Duma şəhərinə göndərilməsinə dair qətnamə layihəsi lazımi sayda səs toplamadığından qəbul edilməyib. Sənəd Rusiya daxil olmaqla, 5 ölkə tərəfindən dəstəklənib, 4 ölkə əleyhinə səs verib, daha 6 ölkə isə bitərəf qalıb.   

 

Qeyd edək ki, BMT TŞ bundan əvvəl Rusiyanın Suriyaya dair qətnaməsini qəbul etməyib. Rusiya isə, veto hüququndan istifadə edərək, ABŞ-ın qətnaməsini bloklayıb.

 

Xatırladaq ki, iddialara əsasən, aprelin 7-də Suriyanın Duma şəhərində kimyəvi silahdan istifadə edilib. Nəticədə 70-dək insanın öldüyü ehtimal olunur.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 597

Oxşar yazılar