BMT mücahidlər üçün hələ də yer axtarır
08 sentyabr 2013 07:13 (UTC +04:00)

BMT mücahidlər üçün hələ də yer axtarır

İrandakı hakimiyyətə müxalif İran Xalq Mücahidləri Təşkilatına BMT yeni yer axtaracaq.

 

Lent.az-ın «qazeta.ru»-ya istinadən məlumatına görə, bu haqda «Associated Press» xəbər yayıb. Mənbə bildirib ki, sağ qalan mücahidləri Bağdadda müəssislərdən birində yerləşdirəcəklər.

 

Xatırladaq ki, sentyabrın 1-də İran İslam Respublikasının ən böyük müxalif qruplarından olan Xalq Mücahidlər Təşkilatının İraqdakı «Əşrəf» qərargahına silahlı hücum olub.

 

Bəzi mənbələr bildirib ki, bu basqını İraqın hökumət qüvvələrinin təşkil edib. Həmin əməliyyat nəticəsində azı 52 mücahid qətlə yetirilib, onlarla adam yaralanıb, 5 nəfər isə tutularaq, bilinməz istiqamətə aparılıb.

Hücum zamanı «Əşrəf» qərargahında cəmi 100 mücahid olub.

Başqa bir ehtimala əsasən, onlara basqının arxasında İran hakimiyyəti durur. Mücahidlərin bu haqda yaydığı bəyanatında qırğının rəsmi Tehranın İraq hökumətinə verdiyi tapşırıq əsasında həyata keçirildiyi bildirilib.

Təşkilatın bəyanatında deyilib ki, mücahidlərə hücumdan bir neçə gün əvvəl İran İnqilab Keşikçiləri Qvardiyasının xarici əməliyyatlar üçün nəzərdə tutulmuş «Qüds» qanadının komandanı Qasım Süleymani Bağdada səfər edərək, İraqın baş naziri Nuri əl-Maliki ilə görüşüb. Həmin görüşdə «Əşrəf» qərargahındakı mücahidlərin ölkədən çıxarılmasını, ya da onların «taleyinin biryolluq həll olunmasını» istəyib.

Rəsmi Tehran isə bu iddiaları təkzib edib, «Əşrəf» qərargahına hücumda heç bir iştirakı olmadığını bildirib.

Məlumatlara görə, hücum zamanı mücahidlərin bəzilərinin əllərini bağlayıb, başından güllə ilə vurublar. Bəzi yaralıların qərargahın klinikasında ikinci dəfə hücuma məruz qaldığı, burada güllələndiyi bildirilir.

Qətlə yetirilənlərdən 7-si Xalq Mücahidlər Təşkilatının Rəyasət Heyətinin üzvüdür.

Xalq Mücahidləri Təşkilatı İranda Məhəmmədrza şahın dövründə yaradılıb. Təşkilat 1980-ci illərdə İran İslam Respublikasına qarşı silahlı mübarizə aparmağa başlayıb.

Silahlı müqavimət məğlubiyyətə uğrayandan sonra Xalq Mücahidləri Təşkilatının minlərlə üzvü edam olunub və ya xarici ölkələrə mühacirət edib.

 

Təşkilatın silahlı qanadı əsasən İraqdakı «Əşrəf» hərbi qərargahında məskunlaşıb. ABŞ-ın 2003-cü ildə İraqa hərbi hücumundan sonra bu ölkədəki mücahidlər tamamilə tərk-silah edilib, «Əşrəf» qərargahı ABŞ ordusunun nəzarətində saxlanılıb. 2009-cu ildə öz qüvvələrini İraqdan çıxaran ABŞ hakimiyyəti bu qərargaha nəzarəti İraq hökumətinə tapşırıb.

 

Orada bir neçə dəfə hücuma məruz qalan 3 mindən çox mücahid BMT qüvvələrinin nəzarəti ilə 2013-cü ilin ilk aylarında Bağdad yaxınlığındakı «Liberti» hərbi qərargahına köçürülüb. 100 nəfər mücahid isə «Əşrəf» də qalıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 896

Oxşar yazılar

AI-nin Rusiya əleyhinə 18-ci sanksiyalar paketi  qüvvəyə mindi

AI-nin Rusiya əleyhinə 18-ci sanksiyalar paketi qüvvəyə mindi

19 iyul 2025 , 06:05
İsrail və Suriya atəşkəs barədə razılığa gəldi

İsrail və Suriya atəşkəs barədə razılığa gəldi

19 iyul 2025 , 03:16
Ankarada  leysan   fəsadlar törətdi

Ankarada leysan fəsadlar törətdi

18 iyul 2025 , 23:48
56 yaşlı ekstremal idmançı faciəvi şəkildə öldü

56 yaşlı ekstremal idmançı faciəvi şəkildə öldü

18 iyul 2025 , 18:03
Makqreqor bu müğənniyə cinsi orqanının  şəklini göndərdi

Makqreqor bu müğənniyə cinsi orqanının şəklini göndərdi

18 iyul 2025 , 16:21
Səhvən lotereya bileti aldı, 2 milyon uddu

Səhvən lotereya bileti aldı, 2 milyon uddu

18 iyul 2025 , 13:18
Yeni qan qrupu TAPILDI:  yalnız bir nəfərdə var

Yeni qan qrupu TAPILDI: yalnız bir nəfərdə var

18 iyul 2025 , 10:44
Suriya lideri Dəməşqi tərk etdi

Suriya lideri Dəməşqi tərk etdi

18 iyul 2025 , 05:38