BMT Təhlükəsizlik Şurası dekabrın 31-də Suriyada atəşkəsin tətbiq edilməsinə dair Rusiya və Türkiyənin təklif etdiyi qətnaməni yekdilliklə qəbul edib.
APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, BMT TŞ əldə olunmuş razılaşmaları nəzərə alaraq, Rusiya və Türkiyənin Suriyadakı səylərini dəstəklədiyini bəyan edib.
TŞ üzvləri Cenevrədə fevralın 8-də baş tutacaq Suriya danışıqları ərəfəsində Astanada keçiriləcək görüşün vacib addım olduğunu qeyd ediblər.
Bundan başqa, BMT TŞ Suriyanın suverenliyi, müstəqilliyi, vahidliyi və ərazi bütövlüyünü dəstəklədiyini təstiqləyib.