BMT İsrailin planından narahatdır
25 yanvar 2017 04:25 (UTC +04:00)

BMT İsrailin planından narahatdır

BMT İsrailin Şərqi Qüds və İordan çayının qərb sahilində yeni məskənlər salmasını Yaxın Şərq münaqişəsinin nizamlanmasına mane olan birtərəfli hərəkət kimi qiymətləndirməkdə davam edəcək.

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu brifinqdə BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik deyib.   

 

Onun sözlərinə görə, baş katibin yəhudi  məskənləri ilə bağlı mövqeyi dəyişməzdir: “Biz bunu birtərəfli hərəkət kateqoriyasına aid edəcəyik”.   

 

Qeyd edək ki, İsrail hökuməti bundan əvvəl İordan çayının qərb sahilindəki yəhudi məskənlərində 2 500 ev tikmək niyyətində olduğunu təsdiqləyib.  

 

2016-cı ilin dekabrın 23-də BMT TŞ İsraildən Fələstin ərazilərində məskunlaşma siyasətinə son qoymasını tələb edən qətnamə qəbul edib. 

 

Buna cavab olaraq İsrail BMT büdcəsinə ödəmələrini 6 mln. dollar azaldıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 169
avatar

Oxşar yazılar