BMT-də Trampın yeni miqrasiya fərmanı tənqid edildi
07 mart 2017 04:15 (UTC +04:00)

BMT-də Trampın yeni miqrasiya fərmanı tənqid edildi

BMT-nin qaçqınlar üzrə ali komissarı Filippo Qrandi ABŞ prezidenti Donald Trampın imzaladığı yeni miqrasiya fərmanını tənqid edib.

 

APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə qurumun informasiya mərkəzinin yaydığı açıqlamada bildirilir.

 

“Qaçqınlar müharibə və zülmdən qaçmaq məcburiyyətində qalan adi insanlardır. Onların müdafiə və yardıma ehtiyacları var”, deyə F.Qrandi bildirib.

 

Onun qənaətinə görə, ABŞ prezidentinin qərarı miqrantların vəziyyətini daha da ağırlaşdıracaq: “Qaçqınlara sığınacaq verən ABŞ daim digər ölkələr üçün nümunə olub. Bu gün, dünyada qaçqın axınının rekord səviyyəyə çatdığı bir vaxtda bu kimi humanizm nümunəsinə daha çox ehtiyac var”.

 

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp miqrasiya ilə bağlı yeni fərman imzalayıb. ABŞ hökuməti yenidən  İran, Suriya, Sudan, Yəmən, Liviya və Somali vətəndaşlarının 90 gün ərzində ABŞ-a daxil olmasına qadağa qoyub. Bundan əlavə, D. Tramp qaçqınların ABŞ-da yerləşdirilməsi proqramını 120 gün müddətinə dayandırıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 212
avatar

Oxşar yazılar