APA-nın “Zabmedia” saytına istinadən verdiyi məlumata görə, bunu Rusiyanın 29-cu ümumqoşun ordusunun mənəvi-psixoloji təminat şöbəsinin müdiri Dmitri Kiselyov deyib.
O bildirib ki, V. Permyakovun hərbi xidmətə yararlı olmasına imza atanlar daxil olmaqla, bu işdə əli olan hər kəs məsuliyyət daşıyacaq.
D. Kiselyov qeyd edib ki, Çitada artıq hərbi hospitalın həkimlərinə qarşı 3 cinayət işi açılıb. Onun sözlərinə görə, həmin həkimlər V. Permyakovun sağlamlığına dair müvafiq sənədlərə imza atıblar.
Xatırladaq ki, yanvarın 12-də Gümrüdəki 102 saylı Rusiya hərbi bazasında xidmət edən V. Permyakov bir ailənin 6 üzvünü qətlə yetirib. Hadisə zamanı yaralanmış 6 aylıq uşaq isə bir neçə gündən sonra xəstəxanada ölüb. V. Permyakov qətli törətdiyini etiraf edib.