Türkiyə baş naziri Binali Yıldırım hakim partiyanın binasının qumbaraatandan atəşə tutulmasını pisləyib.
APA-nın “Milliyet”-ə istinadən verdiyi xəbərə görə, o, hücumun arxasında solçu təşkilatlardan birinin durduğunun ehtimal edildiyini bildirib.
“Hücumda solçu terror təşkilatlarından biri şübhəli bilinir. Bu Xalq Qurtuluş Partiyası-Cəbhəsi (DHKP-C) və yaxud Marksist Leninist Kommunist Partiyası (MLKP) ola bilər. Kim edibsə etsin, alçağın biridir”, deyə B. Yıldırım bildirib.
Faktla bağlı prezident Ərdoğanın məlumatlandırıldığı qeyd olunur. Qeyd edək ki, ötən axşam İstanbulda hakim “Ədalət və İnkişaf Partiyasının” (AKP) binası qumbaraatandan atəşə tutulub.