[b]Vyanada insanlara bıçaqla hücum edən şəxs yaxalandı[/b] - YENİLƏNİB-1
08 mart 2018 03:18 (UTC +04:00)

[b]Vyanada insanlara bıçaqla hücum edən şəxs yaxalandı[/b] - YENİLƏNİB-1

Avstriyanın paytaxtı Vyanada insanlara bıçaqla hücum edən şəxs saxlanılıb. Onu adı hələ ki, açıqlanmır.

 

APA-nın məlumatına görə, bu barədə BreakingNNow xəbər verib.

 

Məlumata görə, cinayətkarın motivləri müəyyənləşdirilir.

 

 

***

 

Vyanada naməlum şəxsın bıçaqla bir qrup insana hücum etməsi nəticəsində xəsarət alanların sayı 4-ə çatıb.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Vyana polisinin məlumatında deyilir.

 

“Saat 19:45-də naməlum şəxs bıçaqla 3 nəfərə xəsarət yetirib. Bir müddət sonra dəmiryol vağzalında daha bir nəfər bıçaq yarası alıb”, məlumatda deyilir.

 

 

Polis cinayətkarın axtarışını davam etdirir.

 

 

 

***

 

 

Avstriyanın paytaxtı Vyanada naməlum şəxs bıçaqla bir qrup insana  hücum edib.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində 3 nəfər ağır xəsarət alıb. Polis hadisə yerini əhatəyə alıb.

 

Məlumata görə, küçədə piyadalara hücum edən şəxs hadisə yerindən uzaqlaşıb. Hazırda onun tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

 

# 301
avatar

Oxşar yazılar