Berlində toqquşmalar: 13 polis yaralandı
08 may 2016 01:02 (UTC +04:00)

Berlində toqquşmalar: 13 polis yaralandı

Almaniyanın paytaxtı Berlin şəhərində etirazçılarla toqquşmalarda 13 polis əməkdaşı xəsarət alıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, polisin məlumatına əsasən, qarşıdurma zamanı 40 nəfər saxlanılıb.   

 

Xəbər verildiyi kimi, ötən gün Berlində Almaniya kansleri Angela Merkelin yürütdüyü siyasətə qarşı kütləvi etiraz aksiyası keçirilib.  Aksiya iştirakçıları əsasən kanslerin miqrant qəbulu ilə bağlı yürütdüyü siyasətə qarşı olduqlarını bəyan ediblər. Berlinin əsas küçə və yollarını bağlayan təxminən min nəfərə yaxın etirazçı yol boyunca “Merkel getməlidir!” şüarı səsləndiriblər.

 

Aksiyada daha çox “Almaniya üçün alternativ” partiyasının üzvləri və radikal sağçılar iştirak edib.

 

Buna paralel olaraq “Dünyaya açıq və tolerant Berlin” şüarı altında solçuların aksiyası keçirilib. Aksiyada 7 min nəfər iştirak edib.

 

Etirazçı qrupları arasında toqquşmanın qarşısını almaq məqsədilə polis gözyaşardıcı qazdan istifadə etməyə məcbur olub. Etiraz aksiyaları zamanı 1 700-dən polis əməkdaşı asayişə nəzarət edib.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 249

Oxşar yazılar

İsrail və Suriya atəşkəs barədə razılığa gəldi

İsrail və Suriya atəşkəs barədə razılığa gəldi

19 iyul 2025 , 03:16
Ankarada  leysan   fəsadlar törətdi

Ankarada leysan fəsadlar törətdi

18 iyul 2025 , 23:48
56 yaşlı ekstremal idmançı faciəvi şəkildə öldü

56 yaşlı ekstremal idmançı faciəvi şəkildə öldü

18 iyul 2025 , 18:03
Makqreqor bu müğənniyə cinsi orqanının  şəklini göndərdi

Makqreqor bu müğənniyə cinsi orqanının şəklini göndərdi

18 iyul 2025 , 16:21
Səhvən lotereya bileti aldı, 2 milyon uddu

Səhvən lotereya bileti aldı, 2 milyon uddu

18 iyul 2025 , 13:18
Yeni qan qrupu TAPILDI:  yalnız bir nəfərdə var

Yeni qan qrupu TAPILDI: yalnız bir nəfərdə var

18 iyul 2025 , 10:44
Suriya lideri Dəməşqi tərk etdi

Suriya lideri Dəməşqi tərk etdi

18 iyul 2025 , 05:38
"Uber" pilotsuz  taksilərə keçir

"Uber" pilotsuz taksilərə keçir

18 iyul 2025 , 03:23