Berlində terror törədən şəxs Milanda öldürüldü
23 dekabr 2016 13:57 (UTC +04:00)

Berlində terror törədən şəxs Milanda öldürüldü

0

Dekabrın 19-da Berlində baş verən terror aktının törədilməsində şübhəli bilinən şəxs İtaliyanın Milan şəhərindəki atışma zamanı məhv edilib.

 

APA-nın məlumatına görə, bu barədə “Reuters” İtaliya hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən xəbər yayıb. Hələlik hadisə barədə təfərrüatlar bəlli deyil.

 

Qeyd edək ki, dekabrın 19-da Berlində naməlum şəxs tərəfindən idarə olunan yük avtomobili bayram yarmarkasına daxil olub və insanları əzməyə başlayıb. Nəticədə azı 12 nəfər ölüb, 48 nəfər yaralanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 363

Oxşar yazılar