Sərdar Qurbanquluyeviç Berdıməhəmmədov Türkmənistan Məclisinin deputatı seçilib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Türkmənistan Televiziyası bildirib. Türkmənistan MSK-sı bildirir ki, noyabrın 22-də üç seçki dairəsi üzrə keçirilmiş səsvermənin nəticələrinə əsasən, Ahal vilayəti 24-cü seçki dairəsi üzrə Sərdar Qurbanquluyeviç Berdıməhəmmədov qələbə qazanıb.
Telesüjetdə digər iki seçki dairəsi üzrə Gövhər Bayramova və Yusifqulu İşayevin seçildiyi bildirilib. MSK-nın iclasında yeni seçilmiş deputatlara vəsiqələr təqdim olunub.
Qurbanqulu Berdıməhəmmədov 2007-ci ildən Türkmənistana rəhbərlik edir.