Bəhreyndə terror aktları hazırlamaqda şübhəli bilinən 116 nəfər saxlanılıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə ölkə DİN-nin mətbuat xidmətinin məlumatında bildirir.
Bəhreyn DİN-i iddia edir ki, saxlanılan şəxslərin üzvü olduğu terrorçu şəbəkə İran İnqilab keşikçiləri Korpusu (İİKK) tərəfindən yaradılıb və dəstəklənir: “Terrorçular ölkədə ictimai təhlükəsizliyi pozmaq və iqtisadiyyata ziyan vurmaq məqsədi ilə Bəhreynin rəsmi şəxslərinə sui-qəsd, təhlükəsizlik orqanlarının əməkdaşlarına və neft obyektlərinə hücumlar hazırlayırmış”.
Nazirlik saxlanılan şəxslərin İİKK, İran, İraq və Livandakı terrorçuların liderləri tərəfindən idarə olunduğunu iddia edir.