[b]Bayden Rusiyaya xəbərdarlıq etdi[/b]
15 oktyabr 2016 03:48 (UTC +04:00)

[b]Bayden Rusiyaya xəbərdarlıq etdi[/b]

 ABŞ Rusiyanın kiber hücumlarını cavabsız qoymayacaq.

 

APA-nın məlumatına görə, bunu ABŞ vitse-prezidenti Co Bayden NBC telekanalına müsahibəsində bəyan edib.

 

“Biz istənilən kiber hücumlara müvafiq cavab verməyə qadirik. Onlar bunu gözəl bilirlər. Seçdiyimiz vaxtda, lazımi üsulla bunu həyata keçirəcəyik. Rusiyanın ABŞ-da prezident seçkilərinə təsir etmək imkanı yoxdur”, deyə C.Bayden bildirib.

 

Qeyd edək ki, ötən həftə ABŞ Daxili Təhlükəsizlik Nazirliyi Rusiyanı seçkilərin nəticələrinə təsir etmək məqsədilə kiber hücumlardan istifadə etməkdə ittiham edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 232
avatar

Oxşar yazılar