Polşanın baş naziri Beata Şidlo xəstəxanadan evə buraxılıb.
APA-nın məlumatına görə, bu barədə Reuters agentliyi xəbər verib.
“Özümə bir neçə günlük istirahət verəcəm. Fevralın 21-də, hökumətin iclasından sonra keçiriləcək mətbuat konfransında görüşərik”, deyə B.Şidlo jurnalistlərə bildirib.
Xatırladaq ki, Polşanın baş naziri Beata Şidlo fevralın 10-da Krakov şəhəri yaxınlığında avtomobil qəzasına düşmüşdü. Hadisə nəticəsində yüngül xəsarətlər alan B. Şidlo helikopterlə Varşavanın hərbi hospitalına çatdırılmışdı.