Azərbaycanlılardan ibarət cinayətkar dəstə tutulub - KİYEVDƏ
07 mart 2016 17:43 (UTC +04:00)

Azərbaycanlılardan ibarət cinayətkar dəstə tutulub - KİYEVDƏ

Kiyevdə azərbaycanlılardan ibarət mütəşəkkil cinayətkar dəstə tutulub. Lent.az-ın rbc.ua-ya istinadən məlumatına görə, 4 nəfərdən ibarət dəstə Kiyevdə avtomobil oğurluğu ilə məşğul imiş.
İlkin araşdırma zamanı məlum olub ki, azərbaycanlılar ilin əvvəlindən bu yana 8 avtomobil oğurlayıblar.
Onlar oğurladıqları maşınları əvvəlcədən hazırladıqları qaraj gətirir, sonra isə ehtiyat hissələrinə çevirərək qara bazarda satırmışlar. Ukrayna DİN-in sözçüsü Xatiya Dekanoidzenin verdiyi məlumata görə, axtarış zamanı azərbaycanlılara məxsus qarajda hələ ehtiyat hissələrə çevrilməmiş 4 avtomobil aşkarlanıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 286

Oxşar yazılar