Avstriyanın Ankaradakı səfirliyinin qarşısında rəsmi Vyananın PKK-ya dəstək verməsinin əleyhinə etiraz aksiyası keçirilib.
APA-nın “Anadolu”ya istinadən verdiyi xəbərə görə, aksiyada minədək şəxs iştirak edib.
Aksiyada PKK-ya qarşı hərbi əməliyyatların veteran iştirakçıları və terror aktları qurbanlarının qohumları iştirak ediblər. Analoji aksiyalar son günlər Almaniya, Belçika və Fransanın Ankaradakı səfirlikləri qarşısında keçirilib. Etirazçılar “PKK-ya dəstək göstərilməsinə son qoyun” və “Artıq səbir kasamız dolub” və s. şüarlar səsləndiriblər.
Prezident Rəcəb Tayyip Ərdoğan bundan əvvəl Qərb ölkələrini PKK terrorçularına sığınacaq verməkdə günahlandırıb.