Moskvada “Rosqvardiya”nın mühafizə patrulunun iki əməkdaşı silahlı hücum nəticəsində qətlə yetirilib. APA-nın “Lenta.ru”ya istinadən verdiyi xəbərə görə, Yeni Moskva yaşayış massivində davanın baş verməsi barədə məlumatı araşdıran patrul Orta Asiyadan olan şəxslərin hücumuna məruz qalıb. “Rosqvardiya”çılara məxsus “Kedr” tipliiki avtomat və “Makarov” tapançasını ələ keçirən cinayətkarlar asayiş keşikçilərinə atəş açıblar və daha sonra hadisə yerini tərk ediblər.
Məlumata görə, atəş nəticəsində “Rosqvardiya”çılardan biri hadisə yerində, digəri isə xəstəxanada keçinib.
Həyata keçirilən “Sirena” planı nəticəsində hücum etməkdə şübhəli bilinən dörd şəxs saxlanılıb. Onların üzərindən oğurluq silahlar aşkarlanaraq götürülüb.