Ankarada 5 İŞİD üzvü tutuldu
27 yanvar 2017 23:17 (UTC +04:00)

Ankarada 5 İŞİD üzvü tutuldu

0

Türkiyənin paytaxtı Anakarada İŞİD terror təşkilatının 5 üzvü həbs olunub.

 

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, Ankara Təhlükəsizlik İdarəsinin Terrorla Mübarizə Şöbəsi tərəfindən saxlanılan 8 nəfər dindirilmədən sonra məhkəməyə göndərilib.

 

Məlumata görə, şübhəlilərdən 5-i həbs olunub, 3 nəfər nəzarət altında olmaq şərti ilə sərbəst buraxılıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 368

Oxşar yazılar