<b>Almaniyalı nazirə bomba göndərildi</b>
16 mart 2017 00:42 (UTC +04:00)

Almaniyalı nazirə bomba göndərildi

Almaniyanın maliyyə naziri Volfqanq Şoybleyə içərisində partlayıcı qurğu olan bağlama göndərilib.

 

APA-nın “Deutsche Welle”-yə istinadən verdiyi xəbərə görə, V. Şoybleyə ünvanlanan şübhəli bağlamanı  nazirliyin ekspeditor  xidmətinin əməkdaşları aşkarlayıb.

 

Hadisə yerinə cəlb edilən mütəxəssislər qutuda pirotexnika məhsullarının istehsalında istifadə edilən partlayıcı maddə tapıblar. Berlin polisinin nümayəndəsi tapıntının təhlükə kəsb etdiyini təsdiqləyib.

 

Faktla bağlı araşdırma aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 269
avatar

Oxşar yazılar