Almaniyanın Bavariya şəhərində qatarda baltalı şəxs sərnişinlərə hücum edib. Lent.az-ın məlumatına görə, silahlı şəxs 15 sərnişinə xəsarət yetirib qaçmaq istəyərkən xüsusi təyinatlılar tərəfindən vurulub.
Bavariya hüquq mühafizə orqanlarının məlumatına görə, sərnişinlərə hücum edən şəxs Almaniyada sığınacaq almış 17 yaşlı Əfqanıstan qaçqını olub. Almaniyaya böyüklərin himayəsində gəlib. Əvvəl sığınacaqda yaşasa da, sonradan onu bir ailə himayəsinə götürüb. Hadisə şahidlərinin dediyinə görə, insanlara hücum edərkən o, “Allahu Əkbər” deyə qışqırırmış. Polis cinayətkarın hansısa dini ekstremist qrupa mənsub olub-olmadığını araşdırır.
17 yaşlı cinayətkarın yaraladığı 15 nəfərdən 3-nün vəziyyəti ağırdır.