
Ali Məhkəmə Boris Consonun Kraliçaya yalan deyib-demədiyini araşdırır
Britaniya Ali Məhkəməsi sentyabrın 17-sində parlamentin işinə fasilə verilməsiylə bağlı Baş nazir Boris Consonun proroqasiya təşəbbüsünü araşdırmağa başlayıb.
APA BBC-yə istinadən xəbər verir ki, Consonun əleyhdarlarının iddiasına görə, o, fasilənin "Brexit" konfliktiylə əlaqəli olmadığını deməklə Kraliçaya dezinformasiya verib.
Britaniya Baş nazirinin dürüstlüyünün və Kraliçayla münasibətlərinin məhkəmə predmetinə çevrilməsi ölkədəki siyasi böhranın dərinliyini göstərən unikal hadisədir.
Məhkəmənin qərarı Boris Consonun xeyrinə olmasa, bu həm onun karyerası, həm də "Brexit"lə bağlı proseslərin inkişafı üçün proqnozlaşdırılmayan nəticələrə gətirib çıxara bilər.
Qeyd edək ki, proroqasiya hökumətin yeni qanunvericilik proqramı hazırlaması prosedurudur.
Conson bəyan edib ki, onun fasiləylə bağlı motivi də məhz bu olub: yeni Baş nazir təyin olunduğu və kabinetin yeni tərkibini formalaşdırdığı üçün daxili siyasətdəki fəaliyyət planı ilə bağlı çıxış etmək.
Xatırladaq ki, avqustun sonunda Baş nazir Boris Conson sentyabrın ikinci həftəsindən oktyabrın 14-ünə qədər parlamentin işinə fasilə vermək xahişiylə Kraliçaya müraciət edib.
Proroqasiya qərarı formal olaraq Kraliçaya məxsusdur, amma məhz formal olaraq: Britaniyada monarx Baş nazirin tövsiyələrini avtomatik olaraq yerinə yetirir.
Oxşar yazılar

20 ildir ögey oğlunu əsir saxlayırmış...
13 mart 2025 , 15:11
Saxlanılarkən 769 minlik qızılları uddu
13 mart 2025 , 14:43
Başqasının körpəsini satmaq üçün doğum evindən OĞURLADI
13 mart 2025 , 14:29
24 il əvvəl oğurlanan qız tapıldı
13 mart 2025 , 13:25
Kiber cinayətkarlıqla bağlı yeni qanun - 15 ilə qədər həbs gözləyir
13 mart 2025 , 08:53
Putin ilk dəfə Kurska gəldi - VİDEO
12 mart 2025 , 23:57
Tramp xüsusi nümayəndəsini Moskvaya göndərir
12 mart 2025 , 22:44