Aİ və Türkiyə miqrasiya böhranının həlli prinsiplərini razılaşdırdılar
08 mart 2016 04:27 (UTC +04:00)

Aİ və Türkiyə miqrasiya böhranının həlli prinsiplərini razılaşdırdılar

Avropa İttifaqı və Türkiyə  miqrasiya böhranının həlli prinsiplərini razılaşdırıblar.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Avropa Komissiyasının rəsmi nümayəndəsi Mina Andreyeva özünün “Tvitter” səhifəsində yazıb.

 

"Avropa Komissiyasının rəhbəri Jan-Klod Yunker və Avropa İttifaqı Şurasının sədri Donald Tusk Türkiyənin baş naziri Əhməd Davudoğlu ilə miqrant böhranının həlli ilə bağlı əsas prinsiplər dair razılıq əldə ediblər", - M. Andreyeva qeyd edib.

 

Bundan əvvəl Avropa İttifaqı və Türkiyə arasında miqrasiya böhranının həlli ilə əlaqədar razılığa gəlinmədiyi bildirilirdi.

 

Xatırladaq ki, Brüsseldə miqrasiya böhranı ilə bağlı növbədənkənar Avropa İttifaqı-Türkiyə sammiti keçirilib.

 

İlkin razılaşmaya əsasən, Avropada sığınacaq almayan miqrantlar Türkiyəyə qaytarılacaq. Bunun müqabilində Avropa İttifaqı Türkiyəyə pənah gətirən suriyalı qaçqınları qəbul edəcək. Razılaşma həmçinin 2018-ci ilin sonunadək  Ankaraya əlavə 3 milyard avronun ayrılmasını, Aİ ilə Türkiyə arasında viza rejiminin ləğvini və Türkiyənin İttifaqa üzvlük danışıqlarının intensivləşməsini nəzərdə tutur. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 283
avatar

Oxşar yazılar