Aİ NATO ilə daha sıx əməkdaşlıq quracaq
23 mart 2018 07:54 (UTC +04:00)

Aİ NATO ilə daha sıx əməkdaşlıq quracaq

 

 

Aİ Şurası  Avropa Komissiyası və Avropa diplomatiyasının rəhbəri Federika Mogeriniyə Aİ-də kimyəvi və bioloji təhlükəsizliyin möhkəmləndirilməsi, NATO ilə əməkdaşlığın inkişaf etdirilməsi və təhdidlərin qarşısının alınması üzrə görülən işlərə dair bu ilin iyununda məruzə etməyi tövsiyə edib.  

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Aİ sammitinin yekunlarına dair qəbul olunmuş bəyanatda bildirilir.

 

“Aİ birliyə daxil olan ölkələr və NATO üzvləri arasında daha sız əməkdaşlıq qurmaqla, kimyəvi, bioloji, radioloji və nüvə risklərinə qarşı dayanıqlılığını möhkəmləndirməlidir”, - deyə bəyanatda bildirilir.   

 

“Aİ və üzv dövlətlər təhdidlərin qarşısının alınması istiqamətində həmçinin kibersahə, strateji kommunikasiyalar və əks-kəşfiyyat sahələrində potensialını artırmaqda davam etdirməlidir”, - deyə sənəddə vurğulanır.  

 

Qeyd edək ki, bəyanat Aİ ölkələrinin liderlərinin Britaniyada Rusiya Baş Kəşfiyyat İdarəsinin (QRU) keçmiş polkovniki Sergey Skripala qarşı sui-qəsdin müzakirəsinin yekunlarına dair qəbul edilib.   

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 363
avatar

Oxşar yazılar