Avropa İttifaqı ABŞ-ın polad və alüminiumun idxal rüsumları ilə bağlı verdiyi qərara cavab tədbirləri görəcək. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Avropa Komissiyasının rəhbəri Jan Klod Yunker deyib.
“Aİ ABŞ-ın birtərəfli qaydada tətbiq etdiyi tarifləri əsassız və Ümumdünya Ticarət Təşkilatının qaydalarına zidd olduğunu hesab edir. Bu açıq-aydın proteksionizmdir”, - deyə Yunker qeyd edib.
Onun sözlərinə görə, poladtökmə sahəsində bolluq probleminin həlli üçün Avropa Komissiyası son aylar ABŞ-la daim sıx əməkdaşlıq edir. Yunkerin sözlərinə görə, Aİ bu çətinliklərin mənbəyi deyil, əksinə, eyni səviyyədə onlardan əziyyət çəkir.
“Biz hüquqlarımızı beynəlxalq ticarət hüququnun tələblərinə tam uyğun şəkildə qoruyacağıq”.