ABŞ prezidenti Donald Tramp indiyədək İranla nüvə proqramına dair sazişi pis sövdələşmə adlandırıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Ağ Evin nümayəndəsi Sara Sanders bildirib.
S.Sanders Tehranı sazişin şərtlərinə tam əməl etməməkdə təqsirləndirib.
“Prezidentin saziş üzrə fikirləri dəyişməz olaraq qalmalıdır. O hesab edir ki, bu pis sazişdir və İran ona tam əməl etmir”, - deyə o qeyd edib.