ABŞ Türkiyənin Aİ ilə miqrantlara dair əldə olunan saziş üzrə öhdəliklərinə riayət edəcəyinə ümid edir.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Dövlət Departamentinin nümayəndəsi Elizabet Trüdo bildirib.
“Miqtantlara dair sövdələşməyə gəlincə, biz bunu çox vacib hesab edirik. Ümid edirik ki, burada irəliləyişə nail olunacaq”, - deyə Trüdo Türkiyənin Aİ ilə işlər üzrə naziri Ömər Çelikin sözlərini şərh edərkən deyib.
Qeyd edək ki, Çelik bundan əvvəl Brüsselin Türkiyə vətəndaşları üçün viza məhdudiyyətlərinin ləğv olunması tarixini müəyyən etməyəcəyi təqdirdə, Ankaranın Aİ ilə miqrasiya sazişi üzrə öhdəliklərini icra etməyəcəyini bildirib.