ABŞ Türkiyə ilə əməkdaşlığı davam etdiərəcək
19 avqust 2016 04:23 (UTC +04:00)

ABŞ Türkiyə ilə əməkdaşlığı davam etdiərəcək

 ABŞ terrorçuluqla mübarizə sahəsində Türkiyə ilə əməkdaşlıq etməkdə davam edəcək.

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının nümayəndəsi Ned Prays bildirib.

 

“Biz Türkiyə hakimiyyəti ilə sıx təmasdayıq və terrorçu qruplaşmalarla mübarizədə Türkiyə ilə birgə işləyəcəyik”, deyə Prays qeyd edib.  O,  həmçinin Türkiyədə 17-18 avqustda törədilən partlayışları pisləyib.

 

Qeyd edək ki, ötən gün Eləzıq və Vanda törədilən  iki partlayış nəticəsində 11 nəfər ölüb, 290-dan çox adam zərər çəkir.

 

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan PKK-nın həyata keçirdiyi terror aktlarının arxasında Fətullahçı Terror Təşkilatı (FETÖ) olduğunu bəyan edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 204
avatar

Oxşar yazılar