ABŞ şirkətlərinin təmsilçiləri İranın Kiş adasında keçirilən beynəlxalq heyvandarlıq və quşçuluq sərgisində iştirak edib.
Lent.az-ın İran KİV-ə istinadən məlumatına görə, amerikalı istehsalçılar İslam Respublikasınını bazarında fəal iştirak etməyə hazır olduqlarını bildiriblər.
Mənbə bildirib ki, bu tədbirə ABŞ-ın 10 şirkətinin təmsilçisi qatılıb.
Əslən iranlı ABŞ vətəndaşı Əbdürza Kamyab Amerikanın daha 12 heyvandarlıq və quşçuluq şirkəti İrana maraq göstərdiyini vurğulayıb.