ABŞ prezident seçkiləri: Tramp və Klinton öndədirlər
09 aprel 2016 05:43 (UTC +04:00)

ABŞ prezident seçkiləri: Tramp və Klinton öndədirlər

ABŞ prezidentliyinə namizədlər Donald Tramp və Hillari Klinton öz partiyadaşları arasında lider olaraq qalırlar.

 

APA-nın məlumatına görə, bu barədə Reuters agentliyi rəy sorğusuna istinadən xəbər verib.

 

Sorğuya əsasən, Respublikaçıların 42%-i Donald Trampı dəstəkləyir, ikinci yerdə Ted Kruz (32%), üçüncü isə Con Keysikdir (20%). Qeyd olunur ki, milyardçı Trampın göstəriciləri son həftələr pisləşsə də, o,  ötən ilin iyulundan liderliyi qoruyub saxlaya bilib.

 

Demokratlar arasında isə Hillari Klinton öndədir. Ona sorğuda iştirak edənlərin 53% səs verib. Berni Sandersi  rəyi soruşulanların 43%-i dəstəkləyib.

 

Sorğuda 626 Respublikaçı və 668 Demokrat partiyasının üzvü səs verib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 213
avatar

Oxşar yazılar