ABŞ Moskvanın dəvətini nəzərdən keçirir
19 yanvar 2017 21:16 (UTC +04:00)

ABŞ Moskvanın dəvətini nəzərdən keçirir

ABŞ Suriya nizamlanmasına dair Astanada keçiriləcək görüşə dəvəti nəzərdən keçirir.  APA-nın xəbərinə  görə, bu barədə “Röyters”ə ABŞ Dövlət Departamentindəki mənbə bildirib.   

 

Bundan əvvəl “RİA Novosti”  bildirib ki, Rusiya tərəfindən ABŞ-ın Moskvadakı səfirliyinə təqdim olunan Qazaxıstanın dəvəti baxılması üçün Vaşinqtona göndərilib.  

 

Qeyd edək ki, Suriya silahlı müxalifətinin vahid nümayəndə heyəti və hökumətinin nümayəndələrinin iştirakı ilə danışıqlar  Astanada yanvarın 23-nə nəzərdə tutulub.   

 

Danışıqlara BMT-nin Suriya üzrə xüsusi elçisi Staffan de Mistura və ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın administrasiyası dəvət olunub.  

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 285
avatar

Oxşar yazılar