ABŞ Fətullah Gülənin ekstradisiyasına dair Ankaranın təqdim etdiyi sənədləri nəzərdən keçirməkdə davam etdirir.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Elizabet Trüdo bildirib.
“Bu məsələ ilə bağlı məndə heç-bir məlumat yoxdur. Bizə sənədlər təqdim olunub, biz onları nəzərdən keçiririk. Bu, ekstradisiya razılaşmasına uyğun şəkildə aparılan hüquqi bir prosesdir”, - deyə Elizabet Trüdo bildirib.