ABŞ Fars körfəzindəki müttəfiqlərini ballistik raketlərlə təchiz edilməsi məsələsini nəzərdən keçirir. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu ABŞ Mərkəzi Komandanlığın (CENTCOM) rəhbəri general Cozef Votel deyib.
“Biz Fars körfəzindəki bəzi tərəfdaşlarımıza ballistik raketlərin tədarük imkanlarını nəzərdən keçiririk”, - deyə Votel Senatdakı dinləmələr zamanı bildirib.