ABŞ Ədliyyə Nazirliyi hərəkətə keçdi
05 fevral 2017 05:05 (UTC +04:00)

ABŞ Ədliyyə Nazirliyi hərəkətə keçdi

ABŞ Ədliyyə Nazirliyi Sietl məhkəməsinin prezident Donald Trampın immiqrasiya fərmanının icrasının dayandırılmasına dair qərarından apelyasiya şikayəti verib.  

 

APA-nın xəbərinə görə, bu barədə ABŞ Ədliyyə Nazirliyinin məlumatında bildirilir.

 

Xatırladaq ki, D. Tramp İraq, İran, Suriya, Sudan, Yəmən. Liviya və Somali vətəndaşlarının 90 gün ərzində ABŞ-a daxil olmasının qadağan edilməsi barədə fərman imzalayıb. Bundan əlavə, D. Tramp qaçqınların ABŞ-da yerləşdirilməsi barədə proqramı 120 gün müddətində dayandırıb.

 

Fərman geniş etirazlara səbəb olub. ABŞ-ın 15 ştatının baş prokuroru Trampın bu qərarını qanunsuz adlandırıb.

 

Qeyd edək ki, ötən gün ABŞ-ın Siettl federal məhkəməsi prezident Donald Trampın miqrasiya siyasətini sərtləşdirən fərmanının icrasını müvəqqəti təxirə salıb. Qərar Vaşinqton və Minnesota ştatları tərəfindən qaldırılan iddia əsasında hakim Ceyms Robart tərəfindən qəbul olunub. Bütün ölkə ərazisində qüvvədə olan məhkəmə qərarı ABŞ hökumətinə yeni fərmanın şamil olunduğu şəxslərin deportasiyasını qadağan edir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 156
avatar

Oxşar yazılar