ABŞ Dövlət Departamenti Putinin bəyanatına şərh vermədi
30 dekabr 2016 20:45 (UTC +04:00)

ABŞ Dövlət Departamenti Putinin bəyanatına şərh vermədi

0

ABŞ administrasiyası Rusiya prezidentinin rəsmi Vaşinqtonun addımlarına  cavab olaraq amerikalı diplomatların ölkədən çıxarılmamasına dair qərarı ilə tanış olub.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Dövlət Departamentinin nümayəndəsi bildirib.

 

“Qərardan xəbərimiz var. Buna hər hansı əlavəmiz yoxdur”, deyə Dövlət Departamentinin rəsmisi qeyd edib.

 

Bundan əvvəl Ağ Evin Milli Təhlükəsizlik üzrə Şurası Putinin qərarı ilə əlaqədar şərh verməkdən imtina edib.

 

Xatırladaq ki, ABŞ 35 rusiyalı diplomatın ölkədən çıxarılması barədə qərar qəbul edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 274

Oxşar yazılar