ABŞ Konqresinin büdcə idarəsi (CBO) cari ildə büdcə kəsirinin 28 mlrd. dollar azaldılaraq 559 mlrd. dollar təşkil edəcəyini proqnozlaşdırıb.
APA-nın “Reuters”ə istinadən verdiyi xəbərə görə, CBO ekspertləri hesab edirlər ki, ABŞ-ın real ÜDM-i 2017-ci ildə 2,3 faiz artacaq, 2018-ci ildə isə artım 2 faizə enəcək.
İqtisadçılar ötən ilin oktyabrında prezident Donald Trampın proqramının ABŞ ÜDM-nin artımını sürətləndirəcəyini bildirmişdilər.
Proqnoza görə, Trampın vergi planı ABŞ ÜDM-nin artımını sürətləndirəcək və 2018-ci ildə bu artım 1,12 faiz təşkil edəcək.