ABŞ bu ölkədəki səfirliyini bağladı
13 noyabr 2016 13:57 (UTC +04:00)

ABŞ bu ölkədəki səfirliyini bağladı

ABŞ-ın Əfqanıstandakı səfirliyi müvəqqəti bağlanıb.

 

APA-nın “Associated Press” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə səfirlik məlumat yayıb.

 

Buna səbəb cümə günü “Taliban” silahlılarının ölkənin şimalında Almaniya konsulluğuna və şənbə günü Baqramda yerləşən ABŞ və NATO hərbi bazasına hücumla bağlıdır. Səfirlik bunu təhlükəsizliklə əlaqədar müvəqqəti tədbir olduğunu açıqlayıb.

 

Qeyd edək ki, Almaniya konsulluğuna zamanı ən azı 4 nəfər ölüb, 120 nəfər yaralanıb.  ABŞ və NATO bazası yaxınlığında törədilən partlayış nəticəsində isə 4 nəfər ölüb, onlarla insan yaralanıb. “Taliban” hər iki terror aktına görə məsuliyyəti öz üzərinə götürüb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 274
avatar

APA Baycan

Oxşar yazılar