Türkiyənin Fətullah Gülənin ekstradisiyasına dair sorğusu onun çevrilişlə əlaqəli olması ittihamı ilə bağlı deyil.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu Dövlət Departamentinin rəsmi nümayəndəsi Mark Toner deyib.
“Bu sorğunun çevriliş cəhdi ilə əlaqəsi yoxdur”, deyə o jurnalistlərin Türkiyənin təqdim etdiyi sənədlərə şərh verilməsinə dair xahişinə cavabında bildirib.