ABŞ Rusiya-Türkiyə münasibətlərinin yaxşılaşmasından ehtiyatlanmağa səbəb görmür
Bakı-APA. ABŞ Rusiya-Türkiyə münasibətlərinin yaxşılaşmasından ehtiyatlanmağa səbəb görmür.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu Dövlət Departamentinin rəsmi nümayəndəsi Con Kirbi deyib.
“Türkiyə və Rusiya arasındakı ikitərəfli münasibətləri yalnız onların ikisində aiddir”, - deyə Kirbi Ankaranın Moskva ilə münasibətləri möhkəmləndirmək niyyətini şərh edərkən bildirib.
“Bunun üçün heç bir qadağa yoxdur və bu iki ölkə arasında münasibətlərin yaxşılaşmasından ehtiyatlanmağa da səbəb yoxdur”, - deyə Kirbi qeyd edib.
“Türkiyə NATO-nun üzvü və İŞİD-lə mübarizə kampaniyasının mühüm hissəsi olaraq qalır. Mən NATO adından çıxış edə bilmərəm, lakin, ABŞ Alyansın üzvüdür və biz Türkiyənin bütün əməliyyatlarımızda iştirak etməkdə davam edəcəyinə inanırıq”.