ABŞ prezidenti Donald Tramp ilk fərmanlar imzalayıb.
APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, fərmanlardan biri ilə Tramp general Ceyms Mettisi ABŞ-ın müdafiə naziri təyin edib
ABŞ Konqresi artıq C. Mettisin müdafiə naziri postuna namizədliyini dəstəkləyib. Onun nazir postunda fəaliyyətinin başlaması üçün Senatın razılıq verəcəyi gözlənilir.
Ceyms Mettisin 66 yaşı var. O, 1991-ci ildə Fars körfəzində, daha sonra Əfqanıstanda, 2003-cü ildə isə İraqda əməliyyatlarda diviziyaya komandanlıq edib. Onun son xidmət yeri ABŞ-ın Yaxın Şərq və Mərkəzi Asiya üzrə mərkəzi komandanlığı olub. O, bu postda 2010-2013-cü illərdə çalışıb.