ABŞ-ın iki hərbi təyyarəsi Krım yaxınlığında kəşfiyyat uçuşları edib
29 sentyabr 2019 05:30 (UTC +04:00)

ABŞ-ın iki hərbi təyyarəsi Krım yaxınlığında kəşfiyyat uçuşları edib

İki ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus təyyarə Krım sahillərində müşahidə edilib.

APA “RİA Novosti”yə istinadla xəbər verir ki, 156511 qeydiyyat nömrəli “Lockheed EP-3E Orion” hərbi kəşfiyyat təyyarəsi Moskva vaxtı ilə 11:05-də Yunanıstanın “Suda Bey” təlim poliqonundan qalxaraq, yarımadanın qərb sərhədlərində uçuşlar edib.

Saatda 531 kilometrdən çox sürətlə hərəkətdə olan təyyarə bir neçə saat ərzində Krımın ətrafında, demək olar ki, altı kilometr yüksəklikdə müşahidə edilib.

Bundan əlavə, 169332 qeydiyyat nömrəli “Boeing P-8A Poseidon” təyyarəsi də İtaliyadakı NATO-nun “Sigonella” hava bazasından çıxaraq Qara dəniz istiqamətində uçub.

Təyyarə təxminən günorta saat 12 radələrində Krımın cənub və cənub-qərb sahilinə yaxın ərazidə bir neçə dəfə kəşfiyyat xarakterli uçuşlar edib.

Qeyd edək ki, ABŞ hərbi təyyarələrinin bu cür uçuşlarına tez-tez rast gəlindiyini açıqlayan Rusiya Müdafiə Nazirliyi bu cür hərəkətlərə son qoyulmasını bildirsə də, Pentaqon yenə də öz uçuşlarını həyata keçirir.

Rusiya Müdafiə naziri Sergey Şoyqunun sözlərinə görə, Krımda yaradılan unikal spesifik qurğular ölkə ərazisinə müdaxilə üşün potensial cəhdlərə imkan vermir: “Bu qurğular ölkə ərazisinin təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 681
avatar

Oxşar yazılar