ABŞ-ın Baş Qərargah rəisi Türkiyədədir - <span style="color:red;">YENİLƏNİB
06 noyabr 2016 22:42 (UTC +04:00)

ABŞ-ın Baş Qərargah rəisi Türkiyədədir - YENİLƏNİB

Bu gün Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Hulusi Akar və ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Cozef Danford arasında görüş olub.

 

APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, Ankarada keçirilən görüşün bəzi detalları məlum olub.

 

Görüşdə İraqın Mosul şəhərində terrorçulara qarşı həyata keçirilən əməliyyat,  Suriyanın Rakka şəhərinin İŞİD silahlılarından azad edilməsi müzakirə edilib.

 

Tərəflər həmçinin Kürd Fəhlə Partiyasının (PKK) fəaliyyəti və regiondakı vəziyyətə  toxunublar.  

 

***

 

Bu gün Ankarada Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Hulusi Akar və ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Cozef Dunford arasında görüş olub.

 

APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, görüş ABŞ tərəfinin təşəbbüsu ilə baş tutub.

 

Danışıqların detalları barədə məlumat verilmir.

 

Qeyd edək ki, J. Dunfordun səfərinin Suriyada İŞİD-in əsas mərkəzi sayılan Rakka şəhərinə Suriya Demokratik Güclərinin (SDG) hücuma başladığı günə təsadüf etməsi diqqət çəkir. Türkiyə hakimiyyəti dəfələrlə bəyan edib ki, Rakkanın İŞİD-dən azad edilməsi əməliyyatına əsasını PKK-nın Suriya qolu olan PYD-nin silahlı qanadı YPG təşkil edən SDG qatılarsa, Rakka əməliyyatında iştirak etməyəcək. ABŞ isə Suriyada müxalif Azad Suriya Ordusu ilə “Fərat qalxanı” əməliyyatı həyata keçirən Türkiyənin YPG-yə zərbə endirməməsinə çalışır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 217
avatar

Oxşar yazılar